“Baket-şop” (Köşk)

Bucket shop Qeyri-qanuni və ya lisenziyasız fəaliyyət göstərən və fond birjasının üzvü olmayan broker firması.
Bahalaşdırma (qiymət əlavəsi, marja)
Balans (balans hesabatı, balans cədvəli)
OBASTAN VİKİ
Köşk
Köşk – xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. “Kiosk” sözü Avropa dillərinə türk dilindən keçmişdir. Bank terminalı, ödəniş terminalı, yaxud informasiya terminalı da köşk şəklində hazırlana bilər. İnformasiya vermək və informasiya almaq üçün nəzərdə tutulmuş informasiya köşkləri sensor ekranlı kompüter terminalı şəklində olur. == Həmçinin bax == ATM (Bank) == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Seks şop
Seks şop (ing. sex shop), bəzən erotik şop (ing. erotic shop) kimi qeyd olunur — pornoqrafiya, prezervativ və digər cinsi və ya erotik əyləncəyə aid məhsulları satan mağaza. İlk seks şop 1962-ci ildə Almaniyanın Flensburq şəhərində açılmışdır. 2013-cü ildə Pekində 2000-dən çox seks şop fəaliyyət göstərirdi. Məhsulların əksəri Çində istehsal olunub. Yaponiyada seks şoplar hentay jurnallar, seks videolar və DVD-lər satılır.
Şop salatı
Şop salatı — Şərqi Avropa mətbəxi. Bolqarıstan, Makedoniya, Serbiya,Çernoqoriya , Albaniya, Çexiyanın məşhur soyuq qəlyanaltı yeməkləridir. Xüsusəndə Qərbi Bolqarıstanının (bolqarların etnik qrupuna aiddir) milli yeməyi olduğu üçün tez-tez hazırlanır.
Nikola Şop
Nikola Şop (1904, Yaytse, Bosniya və Herseqovina Federasiyası – 1 fevral 1982, Zaqreb) — Yuqoslaviya şairi idi. O, Yayçedə bosniyalı xorvat ailəsində anadan olub. 1931-ci ildə Belqrad Universitetinin fəlsəfə fakültəsini müqayisəli ədəbiyyat ixtisası üzrə bitirmişdir. Şop öz əsərlərinin ana ideyasında insanlıq, sadəlövhlük və xeyirxahlıqla qalib gələn müasir xristiandır. Andriçin hekayəsindəki fransız Marko Krneta kimi, müəllif öz şeirlərini dindarlıq olmadan birbaşa İsaya ünvanlayır, isti insani kortəbiiliklə, bərabər dosta intim mesajlar kimi müraciət edir. Sanki Məsih Şopun təsəvvüründə təvazökarlığı və mehribanlığı ilə insan qəlblərini yumşaltmaq, ucalaşdırmaq üçün ilahi gücdən imtina edən "bütün insandır". Şopun şeir kolleksiyalarına xüsusilə "dini hisslərin daxili incəliyi kosmik yüksəkliklərə yüksəlmiş" Sirli Prela (1943) daxildir və bu onun sonrakı kolleksiyalarını Kosmosda Evlər (1957) və Astrals (1961) ilhamlandıracaq. Şopun poeziyasında dindarlıq kosmik ölçüyə çatdı və estetik dəyərini kəşf etdi.
Köşk (dəqiqləşdirmə)
Köşk — xırda ticarət və ya xidmət göstərmək üçün nəzərdə tutulmuş ölçüləri çox da böyük olmayan tikili. Köşk (Şəbüstər) — İranda kənd.
Köşk (Şəbüstər)
Köşk (fars. كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Şəbüstər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 625 nəfər yaşayır (157 ailə).
Pərili köşk
Pərili köşk (əslən Yusif Ziya Paşa köşkü olaraq tanınır və hal hazırda Borusan Holdinq və Borusan Contemporary incəsənət muzeyinin mərkəzi binasıdır) ― Türkiyənin İstanbul ilində, Sarıyer ilçəsinin Rumelihisarı məhəlləsində yerləşən tarixi abidə. 1911-ci ildə qırmızı kərpicdən tikilmiş vitray pəncərələri olan bu qəsrə bənzər malikanə Bosfor boğazının üzərindəki Fateh Sultan Mehmet körpüsünün yaxınlığında yerləşir. Bina 9 mərtəbəlidir və ümumi sahəsi təxminən 5 000 kvadrat metrdir. Konakın məşhur ləqəbi olan Pərili köşk (türk dilində "ruhların olduğu köşk" mənasını verir) inşasının uzun müddət qismən yarımçıq qalması (ikinci və üçüncü mərtəbələri on illərdir boş qalmışdır) nəticəsində yaranmışdır. Binanın xarici görünüşü memar Hakan Kıran tərəfindən 1995–2000-ci illər arasında orijinal dizaynına uyğun olaraq diqqətlə bərpa edilmiş və tamamlanmışdır. O, həmçinin köşkün içini də yeniləmişdir. Pərili köşk eyni zamanda türk yazıçı Ömər Seyfəddinin hekayəsinin adıdır. Köşk Osmanlının ABŞ-dakı səfiri, Osmanlı hökumətinin üzvü Yusif Ziya paşa tərəfindən ailəsi üçün tikilmişdir. Binanın inşası 1910-cu illərin əvvəllərində başlamış, lakin Osmanlı imperiyası Birinci Dünya müharibəsinə girdikdə sənətkarların silahlı qüvvələrə qoşulması ilə dayanmışdır. Yusuf Ziya paşanın ikinci həyat yoldaşı olan Nəbiyə xanım və onun birinci ərindən olan üç qızı 1926-cı ilə qədər malikanədə yaşamışdır.
Çinili köşk
Çinili köşk — Topqapı Sarayının kənar qala divarlarının içində yerləşir. 1472-ci ildən qalma bir köşkdür. Osmanlı sultanı Fateh Sultan Mehmet tərəfindən yazlıq saray və ya köşk olaraq tikdirilmişdir. Memarı qəti olaraq bəlli olmasa da, bəzi mənbələr Memar Çevik Sinan tərəfindən inşa edildiyini bildirilir. Sırça Köşk və ya Sırça Saray kimi də adlandırılır. 1875-1891-ci illərdə Muzeyi Hümayun (İmperiya Muzeyi) olaraq xidmətə verilmişdir. 1953-cü ildə Türk və İslam İncəsənəti Muzeyi olaraq açılmıştır. Daha sonra İstanbul Arxeologiya Muzeyinin tərkibinə qatılmışdır. Muzeydə Səlcuqlu və Osmanlı dövrlərindən qalma İznik çinisi və keramika nümunələri nümayiş etdirilir. Köşkün daxilində dörd iç eyvanı və bunları birləşdirən tək bir qübbə, künclərdə dörd, biri əsas olmaqla beş otağı vardır.
Qaraağac-i Köşk (Çaroymaq)
Qaraağac-i Köşk (fars. قره اغاج كوشك‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 74 nəfər yaşayır (12 ailə).